21 iyun 2026. Bazar günü

“Qakpo “Bavariya”da uğurlu ola bilər”


 “Qakpo “Bavariya”da uğurlu ola bilər”

Məşhur keçmiş futbolçu Mark van Bommel cinah hücumçusu Kodi Qakponun "Liverpul"dan "Bavariya"ya mümkün transferi ilə bağlı fikirlərini bölüşüb.

90deqiqe.Az xəbər verir ki, jurnalist Niko Linner sabiq futbolçunun fikirlərini belə çatdırıb

"Kodi həm "Liverpul"da, həm də Hollandiya millisində özünü əla göstərdi. O, çox sürətli və istedadlı cinah oyunçusudur və xüsusilə diqqəti çəkən odur ki, o, hücumları yaxşı başa vurur və qapıya real təhlükə yaradır. Hollandiyalı futbolçular "Bavariya"da həmişə özlərini yaxşı hiss ediblər, amma mən klubun skautlar departamentinin bir hissəsi deyiləm".

Son zamanlar mətbuatda “qırmızı-qaralar”ın 26 yaşlı futbolçunu satmağa hazır olması ilə bağlı söz-söhbətlər artır. Münhen komandası əsas iddiaçılar hesab olunur.

Qakpo 2023-cü ilin əvvəlində Mark van Bommel-n rəhbərliyi altında oynadığı PSV-dən "Liverpul"a keçib.







Almaniya B.L.

“Messi mənim üçün nümunədir”
  • Almaniya B.L.
  • 23:05 03.06.2026
“Messi mənim üçün nümunədir”
Bundesliqa klubunda yeni baş məşqçi
  • Almaniya B.L.
  • 23:45 31.05.2026
Bundesliqa klubunda yeni baş məşqçi
Eberl "Bavariya"nı tərk edə bilər
  • Almaniya B.L.
  • 23:42 26.05.2026
Eberl "Bavariya"nı tərk edə bilər