21 iyun 2026. Bazar günü

“Yurqorden”i Bundesliqa klubuna dəyişə bilər

norveçli


“Yurqorden”i Bundesliqa klubuna dəyişə bilər

“Yurqorden” klubunda çıxış edən gənc yarımmüdafiəçi Tobiyas Qulliksen karyerasını Almaniyanın “Ştutqart” klubunda davam etdirə bilər.

90deqiqe.Az-ın “Sportbladet"ə istinadən yaydığı məlumata görə, Bundesliqa klubu norveçli futbolçunun transfer etməkdə maraqlıdır.

“Ştutqart” klubu artıq 21 yaşlı futbolçunun agenti ilə əlaqə saxlayıb. Onun transfer dəyərinin təxminən 5 milyon avro olduğu bildirilir.

Bu mövsüm Qulliksen 32 oyunda meydana çıxaraq 6 qol vurub və 4 məhsuldar ötürmə ilə yadda qalıb.

Lakin “Ştutqart”ın “Renn”dən müdafiəçi Assinsyonu transfer etməsi üçün son vaxtlar xeyli maliyyə xərcləməsi bu keçidi çətinləşdirə bilər. Klub, daha əlverişli variant kimi “Bavariya”nın hücumameyilli yarımmüdafiəçisi Pol Vannerin transferini də nəzərdən keçirir. Onun keçidi Qulliksenlə müqayisədə daha ucuz başa gələ bilər.







Almaniya B.L.

“Messi mənim üçün nümunədir”
  • Almaniya B.L.
  • 23:05 03.06.2026
“Messi mənim üçün nümunədir”
Bundesliqa klubunda yeni baş məşqçi
  • Almaniya B.L.
  • 23:45 31.05.2026
Bundesliqa klubunda yeni baş məşqçi
Eberl "Bavariya"nı tərk edə bilər
  • Almaniya B.L.
  • 23:42 26.05.2026
Eberl "Bavariya"nı tərk edə bilər