- Almaniya B.L.
- 18:28 06.07.2025
“Bavariya” hücumçu Nik Voltemadenin transferi ilə bağlı “Ştutqart”la danışıqlar aparır.
90deqiqe.Az Almaniyanın “Kicker” nəşrinə istinadən xəbər verir ki, Münhen klubu Almaniya millisinin üzvünü 50–60 milyon avroya heyətinə qatmağı planlaşdırsa da, “Ştutqart” oyunçunu 100 milyon avro dəyərində qiymətləndirir. 23 yaşlı futbolçunun müqaviləsində transferi asanlaşdıracaq şərti maddə də yer almır.
Məlumata görə, Voltemade “Bavariya”nın hücumçusu Harri Keyn üçün potensial əvəzləyici kimi nəzərdən keçirilir.
Gənc forvard ötən mövsüm “Ştutqart”ın heyətində bütün turnirlər üzrə 33 oyunda forma geyinib, 17 qola imza atıb və 3 məhsuldar ötürmə ilə yadda qalıb. Onun klubla mövcud müqaviləsi 2028-ci ilin yayına qədər qüvvədədir. “Transfermarkt” portalı futbolçunun bazar dəyərini 30 milyon avro olaraq göstərir.
Nik Voltemade Almaniya milli komandasında 2 oyun keçirib.