21 iyun 2026. Bazar günü

"Hoffenhaym" yaponiyalı müdafiəçini heyətinə qatıb


"Hoffenhaym" yaponiyalı müdafiəçini heyətinə qatıb

Almaniyanın “Hoffenhaym” klubu Yaponiyanın milli komandasında çıxış edən müdafiəçi Koki Matidanı transfer edib.

90deqiqe.Az klubun rəsmi saytına istinadən xəbər verir ki, 24 yaşlı futbolçu ilə uzunmüddətli müqavilə imzalanıb.

O, Almaniya təmsilçisinə Belçikanın “Union Sent-Jilluaz” klubundan keçib.

Transferlə bağlı fikirlərini bölüşən Koki Matida yeni çağırışa hazır olduğunu bildirib:

“‘Hoffenhaym’a keçidimin baş tutmasından məmnunam. Bu klub ambisiyalı məqsədləri ilə tanınır və Avropanın aparıcı 5 liqasından birində çıxış edir. Mənim üçün həm ‘Hoffenhaym’, həm də Bundesliqa karyeramda növbəti addımdır. Yeni komanda yoldaşlarımla birgə işə başlamaq üçün səbirsizlənirəm və uğur qazanmaq üçün əlimdən gələni edəcəyəm.”







Almaniya B.L.

“Messi mənim üçün nümunədir”
  • Almaniya B.L.
  • 23:05 03.06.2026
“Messi mənim üçün nümunədir”
Bundesliqa klubunda yeni baş məşqçi
  • Almaniya B.L.
  • 23:45 31.05.2026
Bundesliqa klubunda yeni baş məşqçi
Eberl "Bavariya"nı tərk edə bilər
  • Almaniya B.L.
  • 23:42 26.05.2026
Eberl "Bavariya"nı tərk edə bilər