21 iyun 2026. Bazar günü

Musiala forma nömrəsini dəyişdi


Musiala forma nömrəsini dəyişdi

"Bavariya" yarımmüdafiəçi Camal Musialanın klublararası dünya çempionatından sonra nömrəsini dəyişəcəyini açıqlayıb.

90deqiqe.Az klubun rəsmi saytına istinadən xəbər verir ki, istedadlı futbolçu Leroy Sanenin komandadan ayrılmasından sonra boş qalan 10 nömrə altında çıxış edəcək.

Musialanın klublararası dünya çempionatının qalan matçlarında 42 nömrə altında çıxışını davam etdirəcəyi vurğulanıb.

Leroy Sane "Bavariya"da 5 il 10 nömrə geyinib. Bundan əvvəl Münhendə 10 nömrə altında Filipp Koutinyo, Roy Makaay, Lotar Matteus, Gerd Müller və digər futbolçular çıxış edirdi. “Bavariya” növbəti oyununu iyulun 5-də – Klublararası Dünya Çempionatının 1/4 finalında PSJ-yə qarşı keçirəcək.







Almaniya B.L.

“Messi mənim üçün nümunədir”
  • Almaniya B.L.
  • 23:05 03.06.2026
“Messi mənim üçün nümunədir”
Bundesliqa klubunda yeni baş məşqçi
  • Almaniya B.L.
  • 23:45 31.05.2026
Bundesliqa klubunda yeni baş məşqçi
Eberl "Bavariya"nı tərk edə bilər
  • Almaniya B.L.
  • 23:42 26.05.2026
Eberl "Bavariya"nı tərk edə bilər