- Almaniya B.L.
- 20:59 19.03.2026
Almaniyanın “Bayer Leverkuzen” klubu 2025/2026 mövsümü üçün yeni ev formasını təqdim edib.
90deqiqe.Az klubun rəsmi saytına istinadən məlumatına görə, Amerika idman avadanlıqları istehsalçısı "New Balance" ilə birgə hazırlanmış forma, Leverkuzen klubunun ənənəvi rənglərinin kreativ interpretasiyasıdır.
Qırmızı xətlərdən ibarət nazik xaç şəkli tünd qara fonla birləşərək, “Bayer”in dünyaca məşhur xaçından ilham alınan dizayn yeni başlanğıcın simvolu olmaqla yanaşı, klubun tarixi köklərini də əks etdirir.
Qeyd edək ki, “Bayer” 2024/2025 mövsümünü Almaniya Bundesliqasında ikinci pillədə başa vurub.