14 dekabr 2025. Bazar günü

Musiala PSJ matçından sonra sınıq şübhəsi ilə xəstəxanaya aparılıb


Musiala PSJ matçından sonra sınıq şübhəsi ilə xəstəxanaya aparılıb

“Bavariya”nın gənc ulduzu Camal Musiala ciddi zədə alıb.

90deqiqe.Az-ın məlumatına görə,futbolçuda baldır sümüyünün (malobersovaya kost) sınığı şübhəsi var və o, dərhal xəstəxanaya aparılıb.

Hadisə klublararası dünya çempionatının 1/4 final mərhələsində keçirilən “PSJ” – “Bavariya” (2:0) matçının ilk hissəsinin son dəqiqələrində baş verib. Musiala rəqib qapıçı Canluici Donnarumma ilə toqquşduqdan sonra ağrılar içində yerə yıxılıb. Canlı yayım zamanı futbolçunun ayağının qeyri-təbii şəkildə əyildiyi açıq-aşkar görünürdü.

Oyunun baş hakimi Entoni Teylor dərhal tibbi briqadanı meydançaya çağırıb və fasiləyə yollanıb. İkinci hissəyə isə Musialanı əvəz edən Serc Qnabri çıxıb.

Musialanın durumuna yaxın günlərdə daha ətraflı tibbi qiymət veriləcək.







Almaniya B.L.

“Borussiya”dan inamlı qələbə
  • Almaniya B.L.
  • 23:05 07.12.2025
“Borussiya”dan inamlı qələbə
Bundesliqa klubunda yeni baş məşqçi
  • Almaniya B.L.
  • 22:27 07.12.2025
Bundesliqa klubunda yeni baş məşqçi