5 dekabr 2025. Cümə

Musialanın durumu ilə bağlı AÇIQLAMA


Musialanın durumu ilə bağlı AÇIQLAMA

Almaniyanın “Bavariya” klubu yarımmüdafiəçi Camal Musialanın son durumuna dair açıqlama yayıb.

90deqiqe.Az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, tibbi heyətinin apardığı müayinələr nəticəsində Musialada topuq çıxığı fonunda baldır sümüyünün (fibula) sınığı aşkarlanıb. 22 yaşlı futbolçu bazar günü səhər Orlando şəhərindən Münhenə yola düşüb və yaxın vaxtlarda əməliyyat olunacaq.

Futbolçu klublararası dünya çempionatının 1/4 final mərhələsində “PSJ” ilə keçirilən oyunda ağır zədə almışdı (0:2).

Qeyd edək ki, hadisə ilk hissənin sonlarında baş verib. Musiala “PSJ”nin qapıçısı Canluici Donnarumma ilə toqquşmadan sonra xərəkdə meydanı tərk etmişdi.

 

 







Almaniya B.L.

Bundesliqa klubu baş məşqçisiz qaldı
  • Almaniya B.L.
  • 21:49 03.12.2025
Bundesliqa klubu baş məşqçisiz qaldı
“Bavariya”dan əzmkar qələbə
  • Almaniya B.L.
  • 21:01 29.11.2025
“Bavariya”dan əzmkar qələbə