20 mart 2026. Cümə

Musiala “Bavariya”nın məşq bazasına qayıdıb - FOTO


Musiala “Bavariya”nın məşq bazasına qayıdıb  - FOTO

Cərrahiyyə əməliyyatından sonra sağalma prosesinə başlayan “Bavariya”nın yarımmüdafiəçisi Camal Musiala klubun “Zebener Ştrasse”dəki məşq bazasına əsaqla gəlib.

90deqiqe.Az xəbər verir ki, bu barədə Almaniya təmsilçisinin rəsmi “X” (əvvəlki "Tvitter") hesabı məlumat yayıb.

Xatırladaq ki, Musiala ABŞ-da keçirilən Klublararası Dünya Çempionatının 1/4 final mərhələsində PSJ ilə oyunda Canluici Donnarumma ilə toqquşma nəticəsində baldır sümüyünü qırmışdı. Həmin qarşılaşmada “Bavariya” 0:2 hesabı ilə məğlub olmuşdu.

21 yaşlı futbolçu ötən mövsüm bütün turnirlərdə 44 oyuna çıxıb, 21 qol vurub və 8 məhsuldar ötürmə edib. Musiala “Bavariya”nın heyətində indiyədək 206 rəsmi matçda forma geyinib.







Almaniya B.L.

Edin Cekonun cəzası azaldıldı
  • Almaniya B.L.
  • 20:59 19.03.2026
Edin Cekonun cəzası azaldıldı
 "Borussiya Dortmund"dan inamlı qələbə
  • Almaniya B.L.
  • 21:26 14.03.2026
"Borussiya Dortmund"dan inamlı qələbə