- Almaniya B.L.
- 14:40 04.12.2025
Almaniyanın “Bavariya” klubunun sabiq hücumçusu Tomas Müller MLS təmsilçisi “Vankuver Uaytkap” ilə müqavilə imzalayıb.
90deqiqe.Az-ın məlumatına görə, bu barədə məlumatı ABŞ Peşəkar Futbol Liqasının rəsmi saytı yayıb.
35 yaşlı futbolçunun yeni klubla müqaviləsi 2025-ci ilin sonunadək qüvvədədir. Sazişdə daha bir illik uzadılma imkanı da nəzərdə tutulur.
Müller “Bavariya”dan 2025-ci ilin yayında, Klub Dünya Çempionatının başa çatmasından sonra ayrılıb. Münhen təmsilçisinin heyətində keçirdiyi 756 oyunda 250 qol vuran və 276 məhsuldar ötürmə edən alman futbolçusu klub tarixinin ən məhsuldar oyunçularından biri hesab olunur.
Tomas Müller “Bavariya” ilə ümumilikdə 33 titul qazanıb. Bu uğurlar sırasında iki dəfə UEFA Çempionlar Liqasının qalibi olmaq da var. O, həmçinin 2014-cü ildə Almaniya millisinin heyətində dünya çempionluğuna da imza atıb.