21 iyun 2026. Bazar günü

“Bavariya” Tomas Müllerin MLS-ə keçidinə münasibət bildirib


“Bavariya” Tomas Müllerin MLS-ə keçidinə münasibət bildirib

Almaniyanın “Bavariya” klubu komandanın əfsanəvi futbolçusu Tomas Müllerin ABŞ-ın “Vankuver Uaytkaps” klubuna transferinə münasibət bildirib. 

90deqiqe.Az-ın məlumatına görə, Münhen təmsilçisi sosial şəbəkə platforması “X”də yayımladığı mesajda uzun illər komandanın formasını geyinmiş oyunçuya belə müraciət edib:

“Sənə ən xoş arzularımızı göndəririk, əfsanə!”

Tomas Müllerin “Vankuver Uaytkaps” ilə imzaladığı müqavilə 2025-ci ilin sonunadək qüvvədə olacaq. Müqavilədə birillik uzadılma opsiyası da yer alır.

Qeyd edək ki, 35 yaşlı hücumçu “Bavariya”dan 2025-ci ilin yayında, Klublarası Dünya Çempionatından sonra ayrılıb. O, Münhen təmsilçisinin heyətində ümumilikdə 756 oyuna çıxaraq 250 qol vurub və 276 məhsuldar ötürmə ilə yadda qalıb.







Almaniya B.L.

“Messi mənim üçün nümunədir”
  • Almaniya B.L.
  • 23:05 03.06.2026
“Messi mənim üçün nümunədir”
Bundesliqa klubunda yeni baş məşqçi
  • Almaniya B.L.
  • 23:45 31.05.2026
Bundesliqa klubunda yeni baş məşqçi
Eberl "Bavariya"nı tərk edə bilər
  • Almaniya B.L.
  • 23:42 26.05.2026
Eberl "Bavariya"nı tərk edə bilər