5 dekabr 2025. Cümə

“Yaxşı bərpa prosesi uğurlu idman performansının açarıdır”


“Yaxşı bərpa prosesi uğurlu idman performansının açarıdır”

Dortmund “Borussiya”sının qapıçısı Qreqor Kobel məşqlər və oyunlar arasında düzgün bərpa prosesinin əhəmiyyətindən danışıb.

90deqiqe.Az-ın məlumatına görə, o, bu barədə klubun rəsmi saytına açıqlamasında bildirib..

“Yuxu olduqca vacibdir — bəlkə də birinci yerdədir. Amma bəzən axşam oyunları və səfərlər səbəbilə bu, asan olmur” 

Alman klubu ilə stabil performans göstərən qapıçı, gündəlik həyatında hansı bərpa üsullarına üstünlük verdiyini də açıqlayıb:
“Düzgün qidalanma, hərəkətlilik, prosedurlar, sauna, buz vannaları – bütün bunlar böyük rol oynayır. Ümid edirsən ki, bu xırda detallar birlikdə daha böyük fayda verir.”

Kobel qeyd edib ki, bu sahədə daim özünü inkişaf etdirməyə çalışır:
“Bu mövzu ilə çox maraqlanıram. Təbii ki, ehtiyatlı olmaq lazımdır, çünki hamıya uyğun gələn universal bir üsul yoxdur. Amma yaxşı yuxu və sağlam qidalanma yəqin ki, hər kəs üçün keçərlidir.”

Qapıçı əlavə edib ki, bəzi detallara xüsusi diqqət yetirmək lazımdır:
“Məsələn, qidalanmanın keyfiyyəti, probiotiklərə ehtiyac, immun sisteminin vəziyyəti. Qış aylarında günəş çatışmazlığı səbəbindən D vitamini səviyyəsinə daha çox diqqət yetirmək lazımdır. Bunların hamısı orqanizmə ciddi təsir göstərir.”







Almaniya B.L.

Bundesliqa klubu baş məşqçisiz qaldı
  • Almaniya B.L.
  • 21:49 03.12.2025
Bundesliqa klubu baş məşqçisiz qaldı
“Bavariya”dan əzmkar qələbə
  • Almaniya B.L.
  • 21:01 29.11.2025
“Bavariya”dan əzmkar qələbə