5 dekabr 2025. Cümə

“Bavariya”nın əfsanəsi Tomas Müller xeyriyyə auksionu keçirir


“Bavariya”nın əfsanəsi Tomas Müller xeyriyyə auksionu keçirir

“Bavariya”nın əfsanəvi futbolçusu Tomas Müller, bu ay rəsmi olaraq MLS klubu “Vankuver Uaytkeps”ə keçdikdən sonra, xatirə əşyalarını xeyriyyə məqsədilə satışa çıxarıb.

90deqiqe.Az-ın "United Charity"a istinadən məlumatına görə, almaniyalı futbolçuya məxsus oyun formaları, kapşonlu sviterlər, avtoqrafla imzalanmış kopaçkalar, “Bavariya”da son oyunundan (10 may, 2:0 “Borussiya Mönxenqladbax”a qarşı) künc bayrağı, 200 illik ağacdan hazırlanmış Tomasın həyatboyu heykəli və digər xatirə əşyaları təqdim olunub.

Satışdan əldə olunan bütün vəsait yaxınlarını itirmiş uşaqlara və yeniyetmələrə yardım edən fonda yönəldiləcək.

35 yaşlı futbolçu 2025-ci ilin yayında, klub üzrə dünya çempionatının bitməsindən sonra “Bavariya”dan ayrılıb. Münhen klubunda ümumilikdə 756 oyuna çıxan Müller 250 qol vurub və 276 məhsuldar ötürmə edib.

Münhen komandası ilə o, 33 kubok qazanıb, o cümlədən iki dəfə Çempionlar Liqasının qalibi olub. Bundan əlavə, Tomas Müller 2014-cü ilin dünya çempionudur.







Almaniya B.L.

Bundesliqa klubu baş məşqçisiz qaldı
  • Almaniya B.L.
  • 21:49 03.12.2025
Bundesliqa klubu baş məşqçisiz qaldı
“Bavariya”dan əzmkar qələbə
  • Almaniya B.L.
  • 21:01 29.11.2025
“Bavariya”dan əzmkar qələbə