21 iyun 2026. Bazar günü

“Borussiya”nın baş məşqçisi yeni mövsüm öncəsi danışdı


“Borussiya”nın baş məşqçisi yeni mövsüm öncəsi danışdı

Dortmund “Borussiya”sının baş məşqçisi Niko Kovaç Almaniya Bundesliqasının yeni mövsümü ilə bağlı fikirlərini bölüşüb.

90deqiqe.Az-ın məlumatına görə, təcrübəli çalışdırcı bu barədə klubun rəsmi saytına açıqlamasında bildirib.

“İlk yarını yaxşı keçirmək istəyirik. Amma ilk oyundan əvvəl rəqibin hansı formada olduğunu heç kim bilmir. Ötən mövsüm “Sankt-Pauli” ev oyunlarında yaxşı çıxış etmişdi, bu səbəbdən qarşıdakı görüş asan olmayacaq. Biz yaxşı fiziki hazırlıqda olmalıyıq”

Bundesliqanın I turunda “Sankt-Pauli” – “Borussiya” oyunu avqustun 23-də keçiriləcək. Matçın başlanma vaxtı Bakı vaxtı ilə 20:30-a təyin olunub.







Almaniya B.L.

“Messi mənim üçün nümunədir”
  • Almaniya B.L.
  • 23:05 03.06.2026
“Messi mənim üçün nümunədir”
Bundesliqa klubunda yeni baş məşqçi
  • Almaniya B.L.
  • 23:45 31.05.2026
Bundesliqa klubunda yeni baş məşqçi
Eberl "Bavariya"nı tərk edə bilər
  • Almaniya B.L.
  • 23:42 26.05.2026
Eberl "Bavariya"nı tərk edə bilər