21 iyun 2026. Bazar günü

Almaniya Bundesliqasında yeni mövsüm başlayır


Almaniya Bundesliqasında yeni mövsüm başlayır

Bu gün Almaniya Bundesliqasında 2025/2026 mövsümünə start veriləcək.

90deqiqe.Az-ın məlumatına görə, ilk turda"Bavariya" və "Leypsiq" üz-üzə gələcək.

Oyun Münxendəki "Arena Münxen" stadionunda baş tutacaq. Hakimin start fitini Bakı vaxtı ilə saat 22:30-da eşidəcəyik.

Keçən mövsümdə komandalar iki dəfə qarşılaşıb. 15-ci turda Vensan Kompani komandası "Bavariya"ya qarşı 5:1 hesabı ilə qələbə qazanıb. 32-ci turda isə "Leypsiq" və "Bavariya" 3:3 hesabı ilə heç-heçə edib.

Keçən mövsümün yekunlarına əsasən, "Bavariya" 34 turda 82 xal toplayaraq birinci yerin sahibi olub. "Leypsiq" isə 51 xal ilə 7-ci pillədə qərarlaşıb.







Almaniya B.L.

“Messi mənim üçün nümunədir”
  • Almaniya B.L.
  • 23:05 03.06.2026
“Messi mənim üçün nümunədir”
Bundesliqa klubunda yeni baş məşqçi
  • Almaniya B.L.
  • 23:45 31.05.2026
Bundesliqa klubunda yeni baş məşqçi
Eberl "Bavariya"nı tərk edə bilər
  • Almaniya B.L.
  • 23:42 26.05.2026
Eberl "Bavariya"nı tərk edə bilər