28 yanvar 2026. Çərşənbə

"Uğurun sirri zəhmət və inamdır"


"Uğurun sirri zəhmət və inamdır"

"Bavariya" futbolçusu Luis Dias doğulduğu Barrankilya şəhəri haqqında xatirələrini bölüşüb və oradakı həyat tərzi ilə bağlı fikirlərini açıqlayıb.

90deqiqe.Az-ın məlumatına görə, kolumbiyalı futbolçu şəhərindəki mədəniyyətin xarakterinə necə təsir etdiyini və bu dəyərləri peşəkar həyatında necə tətbiq etdiyini izah edib.

"Barrankilyada əsasən zəhmətkeşlik və mübarizə ruhu hakimdir, çünki bir çox insanın öz arzularını reallaşdırmaq imkanı olmur. Lakin buna baxmayaraq, onlar həmişə gülümsəyir, xoşbəxt olmağa çalışırlar. Bu insanlar çətinliklərlə üzləşsələr də, həyatlarını ən yaxşı şəkildə yaşamağa və kiçik şeylərdən məmnun olmağa çalışırlar. Mən də bu dəyərləri özümlə gətirirəm. Həmişə xoşbəxt olmağa, anı dəyərləndirməyə və çox çalışmağa çalışıram. Uğura çatmaq üçün ən vacib şeylərdən biri də məhz bu – zəhmət, intizam və Allaha inanmaqdır"

Qeyd edək ki, 30 iyul tarixində "Bavariya" klubu Luis Diasın "Liverpul"dan transferini rəsmi olaraq açıqlayıb. 26 yaşlı oyunçu ilə 4 illik müqavilə imzalanıb.







Almaniya B.L.

“Bavariya” Upamekanoya ultimatum verdi
  • Almaniya B.L.
  • 17:19 27.01.2026
“Bavariya” Upamekanoya ultimatum verdi
“Borussiya"dan səfərdə qələbə
  • Almaniya B.L.
  • 23:36 24.01.2026
“Borussiya"dan səfərdə qələbə
“Bayer” 3 xalı tək qolla qazandı
  • Almaniya B.L.
  • 21:01 24.01.2026
“Bayer” 3 xalı tək qolla qazandı
“Leypsiq”dən inamlı qələbə
  • Almaniya B.L.
  • 20:55 24.01.2026
“Leypsiq”dən inamlı qələbə
“Bavariya” evdə "Auqsburq”a uduzdu
  • Almaniya B.L.
  • 20:44 24.01.2026
“Bavariya” evdə "Auqsburq”a uduzdu