7 may 2026. Cümə axşamı

Noyer 20-ci mövsümünə çıxıb


Noyer 20-ci mövsümünə çıxıb

Bu gün Almaniya Bundesliqasında mövsüm start götürüb.

90deqiqe.Az-ın "Opta Sports"a istinadən məlumatına görə, ilk oyunda “Bavariya” doğma meydanda “Leyptsiq”i qəbul edib.

Münhenlilərin start heyətində təcrübəli qapıçı Manuel Noyer yer alıb. Bu, Noyerin Bundesliqadakı 20-ci mövsümüdür. Daha çox mövsüm yalnız Klaus Fixtelə məxsusdur – onun aktivində 22 mövsüm var.

Qeyd edək ki, Bundesliqada 20 mövsümü tamamlayan digər veteranlar arasında “Bavariya”nın sabiq qapıçısı Oliver Kan və “Verder”, “Bavariya” və “Köln”də çıxış etmiş sabiq hücumçu Klaudio Pizarro da yer alır.

Matçın canlı matç reportajı portalımızda təqdim olunacaq. Start fitinə bir saatdan az vaxt qalıb.







Almaniya B.L.

“Hakimini dərhal transfer edərdik”
  • Almaniya B.L.
  • 23:32 05.05.2026
“Hakimini dərhal transfer edərdik”