10 sentyabr 2026. Cümə axşamı

“Bavariya" yeni mövsümə darmadağınla start verdi


“Bavariya" yeni mövsümə darmadağınla start verdi

Almaniya Bundesliqasında I turun açılış oyunu başa çatıb.

90deqiqe.Az-ın məlumatına görə, “Bavariya" evdə “Leyptsiq”i qəbul edib və rəqibini 6:0 hesabı ilə üstələyib. 

Oyun 27-ci dəqiqədə Maykl Olisenin qolu ilə başladı və “Bavariya” önə keçdi. 32-ci dəqiqədə Luis Dias üstünlüyü artırdı, 42-ci dəqiqədə Olisen dublladı. 64-cü dəqiqədə Garri Keyn komandasının dördüncü qolunu vurdu. 66-cı dəqiqədə Antonio Nusa fərqi azaltdı, lakin hakim qərarı ilə qol qaydaya uyğun sayılmadı. 74-cü dəqiqədə Keyn dublla möhtəşəm oyununu davam etdirdi, 78-ci dəqiqədə isə het-trik etdi.

Qeyd edək ki, “Bavariya” növbəti oyununu 27 avqustda Almaniya Kubokunun I turunda səfərdə “Veen”ə qarşı keçirəcək. Bundesliqada II turda isə 30 avqustda səfərdə “Augsburq”la qarşılaşacaq. “RB Leyptsiq” isə II turda evdə “Haydenhaym”ı qəbul edəcək.

 







Almaniya B.L.

“Bayer” “Union”u darmadağın etdi
  • Almaniya B.L.
  • 23:25 05.09.2026
“Bayer” “Union”u darmadağın etdi
“Favoritik, amma rahatlaşmaq olmaz”
  • Almaniya B.L.
  • 00:02 05.09.2026
“Favoritik, amma rahatlaşmaq olmaz”