21 iyun 2026. Bazar günü

"Borussiya Dortmund" baş məşqçi Nikko Kovaçla müqaviləni uzatdı


"Borussiya Dortmund" baş məşqçi Nikko Kovaçla müqaviləni uzatdı

Dortmundun "Borussiya" klubu baş məşqçi Niko Kovaç ilə müqaviləni 2027-ci ilə qədər uzadıb.

90deqiqe.Az-ın məlumatına görə, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

53 yaşlı mütəxəssis, 2024-cü ilin yanvar ayında "Borussiya Dortmund" klubunun baş məşqçisi vəzifəsinə təyin edilib. Onun rəhbərliyi altında "sarışın-qaralar" 2024/2025 mövsümündə Almaniya Bundesliqasında 4-cü yeri tutaraq, Çempionlar Liqasına vəsiqə qazandılar.

Yeni mövsümün ilk matçında "Borussiya" "Sankt-Pauli" ilə 3:3 bərabərə qaldı. Növbəti Bundesliqa oyununda Dortmund klubu "Union" komandası ilə qarşılaşacaq. Oyunun "Dortmund" stadionunda keçirilməsi və yerli vaxtla saat 18:30-da başlanması planlaşdırılır.







Almaniya B.L.

“Messi mənim üçün nümunədir”
  • Almaniya B.L.
  • 23:05 03.06.2026
“Messi mənim üçün nümunədir”
Bundesliqa klubunda yeni baş məşqçi
  • Almaniya B.L.
  • 23:45 31.05.2026
Bundesliqa klubunda yeni baş məşqçi
Eberl "Bavariya"nı tərk edə bilər
  • Almaniya B.L.
  • 23:42 26.05.2026
Eberl "Bavariya"nı tərk edə bilər