20 mart 2026. Cümə

“Hər futbolçunun öz yolu var”


“Hər futbolçunun öz yolu var”

"Bavariya"nın ulduz hücumçusu Harri Keyn keçmiş “Real” və “Liverpul” futbolçusu Maykl Ouenin tənqidlərinə münasibət bildirib. 

90deqiqe.Az-ın məlumatına görə, "Daily Mail"  ingilis  futbolçunun dediklərini belə çatdırıb. 

“Hər kəsin öz fikri var. Mən Oueni hörmətlə qarşılayıram, o, Premyer Liqanın əfsanəsidir. Amma hər futbolçunun öz yolu var. O, demək istəyirdi ki, mən titullar üçün getmişəm, lakin mənim üçün bu transfer ilk növbədə ən yüksək səviyyəyə keçid idi”.

Qeyd edək ki, Ouen Keyni Almaniya klubuna transfer olduğu üçün tənqid etmişdi. 32 yaşlı futbolçu 2023-cü ilin yayında Münhenin top-klubuna transfer olunub və “Bavariya” ilə dörd illik müqavilə imzalayıb.







Almaniya B.L.

Edin Cekonun cəzası azaldıldı
  • Almaniya B.L.
  • 20:59 19.03.2026
Edin Cekonun cəzası azaldıldı
 "Borussiya Dortmund"dan inamlı qələbə
  • Almaniya B.L.
  • 21:26 14.03.2026
"Borussiya Dortmund"dan inamlı qələbə