11 aprel 2026. Şənbə

Münxendə futbol əfsanəsi Bekkenbauerin abidəsi ucaldılıb


Münxendə futbol əfsanəsi Bekkenbauerin abidəsi ucaldılıb

Almaniya millisinin və Münhen “Bavariya”sının əfsanəsi Frans Bekkenbauerin xatirəsinə Münxendəki “Alyans Arena”nın qarşısında abidə ucaldılıb.

90deqiqe.Az klubun rəsmi saytına istinadən xəbər verir ki, tədbirdə Almaniya futbol ictimaiyyətinin tanınmış simaları, həmçinin Bekkenbauerin ailə üzvləri iştirak ediblər.

“Bavariya”nın prezidenti Herbert Hainer mərasimdə çıxış edərək deyib:
“Bu abidə “Bavariya”nın DNT-sinin bir hissəsidir və bürüncdə əbədiləşib. Həyat da, futbol da müvəqqətidir, amma əfsanələr əbədidir”.

“İmperator” ləqəbli futbolçunun bürüncdən hazırlanmış heykəli stadionun girişində, Almaniyanın digər əfsanəvi hücumçusu Gerd Müllerin abidəsinin yaxınlığında yerləşdirilib.

Xatırladaq ki, Frans Bekkenbauer 2024-cü il yanvarın 7-də, 78 yaşında dünyasını dəyişib. O, “Bavariya”nın futbolçusu və uzun illər klub prezidenti kimi fəaliyyət göstərib, həmçinin Almaniya millisində futbolçu və baş məşqçi qismində dünya çempionu titullarını qazanıb. Bekkenbauer 2006-cı ildə Almaniyada keçirilən dünya çempionatının Təşkilat Komitəsinin də prezidenti olub.







Almaniya B.L.

Mahmud Daud “Ayntraxt”dan ayrılacaq
  • Almaniya B.L.
  • 22:49 07.04.2026
Mahmud Daud “Ayntraxt”dan ayrılacaq
Harri Keyn məşqlərə qayıtdı
  • Almaniya B.L.
  • 23:12 06.04.2026
Harri Keyn məşqlərə qayıtdı
 “Ayntraxt” evdə xal itirdi
  • Almaniya B.L.
  • 22:32 05.04.2026
“Ayntraxt” evdə xal itirdi
“Union” evdə xal itirdi
  • Almaniya B.L.
  • 20:54 05.04.2026
“Union” evdə xal itirdi
"Leyptsiq"dən çətin qələbə
  • Almaniya B.L.
  • 23:25 04.04.2026
"Leyptsiq"dən çətin qələbə