5 dekabr 2025. Cümə

“Bavariya”dan darmadağın


“Bavariya”dan darmadağın

Almaniya Bundesliqasının 2025/2026 mövsümünün 3-cü turunda “Bavariya” öz meydanında “Hamburq”u qəbul edib.

90deqiqe.Az-ın məlumatına görə, Münhendəki “Arena Münih” stadionunda keçirilən qarşılaşmada ev sahibi komanda 5:0 hesabı ilə qalib gəlib. 

Matçın 3-cü dəqiqəsində “Bavariya”nın hücumçusu Serge Gnabri hesabı açıb. 9-cu dəqiqədə yarımmüdafiəçi Aleksandar Pavloviç üstünlüyü ikiqat artırıb. 26-cı dəqiqədə hücumçu Harri Keyn penalti zərbəsini dəqiq yerinə yetirərək komandası üçün üçüncü qolu vurub. 29-cu dəqiqədə yeni transfer Luis Dias dördüncü qolu qeyd edib. 62-ci dəqiqədə Harri Keyn ikinci qolunu vuraraq dubllayı tamamlayıb.

Üç turdan sonra “Bavariya” 3 qələbə ilə 9 xala sahibdir və Bundesliqada turnir cədvəlində liderliyini qoruyur. “Hamburq” isə yalnız 1 xalla 17-ci pillədə qərarlaşıb.







Almaniya B.L.

Bundesliqa klubu baş məşqçisiz qaldı
  • Almaniya B.L.
  • 21:49 03.12.2025
Bundesliqa klubu baş məşqçisiz qaldı
“Bavariya”dan əzmkar qələbə
  • Almaniya B.L.
  • 21:01 29.11.2025
“Bavariya”dan əzmkar qələbə