20 mart 2026. Cümə

“Çoxlu qızlarla olmaq sizə heç nə qazandırmaz”


“Çoxlu qızlarla olmaq sizə heç nə qazandırmaz”

“Verder” klubunun hücumçusu Viktor Bonifase bir neçə qızla eyni vaxtda münasibətdə olmağın riskləri barədə tövsiyələrini paylaşıb.

90deqiqe.Az-ın məlumatına görə, 24 yaşlı futbolçu bu barədə sosial şəbəkə hesabında yazıb:

“Bədəninizə hörmətsizlik etmək və fərqli qızlara pul xərcləmək sizə heç nə qazandırmayacaq. Özünüz üçün bir və ya iki qız seçin. Maksimum üçlə sakitləşin. Əgər çətin dövrdən keçirsinizsə, dörd də olar – problem deyil”.

Qeyd edək ki, nigeriyalı daha əvvəl “Bude-Qlimt”, “Union” və “Bayer” klublarında çıxış edib. Leverkuzen təmsilçisi ilə o, Bundesliqanı, Almaniya Kuboku və Superkubokunu qazanıb. Nigeriyalı hücumçunun yayda “Milan”a keçidi isə tibbi müayinədən keçə bilmədiyi üçün baş tutmayıb.







Almaniya B.L.

Edin Cekonun cəzası azaldıldı
  • Almaniya B.L.
  • 20:59 19.03.2026
Edin Cekonun cəzası azaldıldı
 "Borussiya Dortmund"dan inamlı qələbə
  • Almaniya B.L.
  • 21:26 14.03.2026
"Borussiya Dortmund"dan inamlı qələbə