20 mart 2026. Cümə

“Hələ dayanmaq niyyətim yoxdur”


“Hələ dayanmaq niyyətim yoxdur”

“Bavariya” və İngiltərə millisinin hücumçusu Harri Keyn bu mövsüm 50-60 qol vura biləcəyi barədə suallara cavab verib.

90deqiqe.Az xəbər verir ki, "Sky Sport Germany" 32 yaşlı futbolçunun dediklərini belə çatdırıb.

“Mən özüm üçün heç bir hədd qoymuram, davam edəcəyik. Bəzən hücumçu üçün hər şey istədiyi kimi getmir. Amma hazırda yaxşı impulsum var və ondan zövq alıram”.

Cari mövsümdə Keyn bütün turnirlərdə 7 oyunda 13 qol və 3 məhsuldar ötürmə ilə fərqlənib. Ötən mövsümdə isə o, 51 oyunda 41 qol vurub və 14 asist edib.

Futbolçunun mövcud müqaviləsi 2027-ci ilin yayına qədər qüvvədədir və Transfermarkt portalına əsasən, bazar dəyəri 75 milyon avro təşkil edir.







Almaniya B.L.

Edin Cekonun cəzası azaldıldı
  • Almaniya B.L.
  • 20:59 19.03.2026
Edin Cekonun cəzası azaldıldı
 "Borussiya Dortmund"dan inamlı qələbə
  • Almaniya B.L.
  • 21:26 14.03.2026
"Borussiya Dortmund"dan inamlı qələbə