- Almaniya B.L.
- 23:59 06.12.2025
“Bavariya” klubunun əsas hücumçusu Harri Keyn komandanın vəziyyəti barədə danışıb, xüsusilə Tomas Müllerin gedişindən sonra yaranan dəyişikliklərə toxunub.
90deqiqe.Az xəbər verir ki, ingilis futbolçu bu barədə jurnalistlərə açıqlama verib.
“Tomas kimi lider getdikdə, bu, digər oyunçular üzərində təzyiq yaradır – bəzi situasiyalarda əvvəllər olduğundan bir qədər daha səsli olmalısan. Buna görə də indi liderlik komanda daxilində daha bərabər paylanıb”.
Qeyd edək ki, 36 yaşlı futbolçu bu yay “Bavariya”dan ayrılaraq ABŞ-ın “Vankuver Uaytkaps” klubuna keçib və hazırda MLS-də çıxış edir. Tomas Müeller 2009-2025-ci illərdə Münhen klubunda oynayıb. Veteranın aktivində ümumilikdə 756 oyun, 250 qol və 276 məhsuldar ötürmə var.