7 dekabr 2025. Bazar günü

Keyn gedəcək, yoxsa qalacaq?


Keyn gedəcək, yoxsa qalacaq?

"Bavariya"nın hücumçusu Harri Keyn Münhen klubundakı müqaviləsini uzatmaq məsələsinə münasibət bildirib. 

90deqiqe.Az xəbər verir ki, "Bild" ingilis futbolçunun dediklərini belə çatdırıb.

"Biz hələ bu mövzuda danışmamışıq. Amma əminəm ki, danışacaq mövzularımız olacaq. Mənim müqaviləm demək olar ki, iki il qalır, ona görə də "tez bitir və hər kəs panikaya düşür" vəziyyəti yoxdur.

Mən və klub yaxşı vəziyyətdəyik. Düşünürəm ki, klub mənimlə razıdır, mən də klubdan məmnunam. Beləliklə, belə söhbətlər mümkündür. Hələ baş tutmayıb. Amma baş verdikdə açıq və dürüst danışacağıq – mənim mövqeyim və klubun gələcəyi barədə. Hələlik deyə biləcəyim budur: doğru yoldayıq və bundan məmnunam"

32 yaşlı futbolçunun adı əvvəllər "Barselona" və Madrid "Real"ı ilə hallanırdı.







Almaniya B.L.

Bundesliqa klubu baş məşqçisiz qaldı
  • Almaniya B.L.
  • 21:49 03.12.2025
Bundesliqa klubu baş məşqçisiz qaldı