21 iyun 2026. Bazar günü

"Bavariya"da xoşbəxtəm, İngiltərəyə qayıtmağı düşünmürəm"


"Bavariya"da xoşbəxtəm, İngiltərəyə qayıtmağı düşünmürəm"

"Bavariya"nın hücumçusu Harri Keyn Münhen klubunu tərk edib İngiltərəyə qayıtmaq barədə məlumatlara münasibət bildirib.

90deqiqe.Az xəbər verir ki, "Bayern & Germany" ingilis futbolçunun dediklərini belə çatdırıb.

"Bunu düşünürəm? Hazırda yox. Burada həqiqətən xoşbəxtəm. Müqaviləmdən iki il qalır və hər anından zövq alıram. İngiltərəyə qayıtmaq haqda düşünmürəm. Komanda və məşqçi ilə işləməkdən məmnunam və ümid edirəm ki, uğurlarımızı davam etdirəcəyik.

"Bavariya" trofey qazanmaq üçün ən yaxşı yerdirmi? Bəli, şübhəsiz."

32 yaşlı futbolçunun adı əvvəllər 2026-cı il Dünya Çempionatından sonra vətəninə dönə biləcəyi ilə əlaqələndirilmişdi.

Xatırladaq ki, Keyn 2023-cü ilin yayında "Tottenhem"dən Almaniya klubuna transfer olunub. İngiltərəli forvard 2004-cü ildən London komandasının sistemində yetişmişdi. Transfermarkt portalına görə, futbolçunun bazar dəyəri hazırda 75 milyon avrodur.







Almaniya B.L.

“Messi mənim üçün nümunədir”
  • Almaniya B.L.
  • 23:05 03.06.2026
“Messi mənim üçün nümunədir”
Bundesliqa klubunda yeni baş məşqçi
  • Almaniya B.L.
  • 23:45 31.05.2026
Bundesliqa klubunda yeni baş məşqçi
Eberl "Bavariya"nı tərk edə bilər
  • Almaniya B.L.
  • 23:42 26.05.2026
Eberl "Bavariya"nı tərk edə bilər