30 iyun 2026. Çərşənbə axşamı

Rummenigge Voltemadenin “Nyukasl” transferini tənqid etdi


Rummenigge Voltemadenin “Nyukasl” transferini tənqid etdi

“Bavariya” klubunun sabiq futbolçusu və hazırda nəzarət şurasının üzvü Karl-Haynts Rummenigge “Ştutqart”ın hücumçusu Nik Voltemadenin “Nyukasl”a keçidini şərh edib.

90deqiqe.Az xəbər verir ki, "BR" funksionerin dediklərini belə çatdırıb.

“Hər kəsin ardınca getmək lazım deyil, xüsusən də ‘Şvabların’ maliyyəçilərinin. Bu qədər pul ödəyən ‘ağılsızları’ tapanları təbrik edirəm. Biz heç vaxt belə etməzdik”.

Qeyd edək ki, 23 yaşlı mərkəz hücumçusu ötən yay İngiltərə klubuna transfer olunub. “Nyukasl” rəhbərliyi onun keçidi üçün 85 milyon avro ödəyib. Cari mövsümdə Voltemade Premyer Liqada 2 oyun keçirib və 2 qol vurub.







Almaniya B.L.

"Harri Keynin yeri Bundesliqa deyil"
  • Almaniya B.L.
  • 23:06 29.06.2026
"Harri Keynin yeri Bundesliqa deyil"
“Messi mənim üçün nümunədir”
  • Almaniya B.L.
  • 23:05 03.06.2026
“Messi mənim üçün nümunədir”
Bundesliqa klubunda yeni baş məşqçi
  • Almaniya B.L.
  • 23:45 31.05.2026
Bundesliqa klubunda yeni baş məşqçi