7 may 2026. Cümə axşamı

“Borussiya" “Leypsiq”lə heç-heçə etdi


“Borussiya" “Leypsiq”lə heç-heçə etdi

Almaniya Bundesliqasının VI turunda “Borussiya Dortmund” evdə “Leypsiq” komandası ilə qarşılaşıb.

90deqiqe.Az xəbər verir ki,  “Dortmund” stadionunda keçirilən oyunda komandalar 1:1 hesablı heç-heçə qeydə alıblar. 

7-ci dəqiqədə Kristofer Baumqartner qonaqları hesabda önə çıxarıb, 23-cü dəqiqədə Yan Kouto cavab qolunu vuraraq hesabı bərabərləşdirib.

Bu nəticədən sonra “Borussiya Dortmund” 14 xalla turnir cədvəlinin ikinci pilləsində, “Leypsiq” isə 13 xalla üçüncü sırada qərarlaşıb.

Növbəti turda “qara-sarılar” oktyabrın 18-də səfərdə “Bavariya” ilə, “öküzlər” isə eyni gün evdə “Hamburq”u qəbul edəcəklər.







Almaniya B.L.

“Hakimini dərhal transfer edərdik”
  • Almaniya B.L.
  • 23:32 05.05.2026
“Hakimini dərhal transfer edərdik”