5 dekabr 2025. Cümə

“Bayer”dən evdə qələbə


“Bayer”dən evdə qələbə

Almaniya Bundesliqasının VI turunda “Bayer” (Leverkuzen) və “Union Berlin” komandaları üz-üzə gəlib.

90deqiqe.Az-ın məlumatına görə, “BayArena” stadionunda keçirilən oyunda ev sahibləri 2:0 hesabı ilə qalib gəlib. Matçın baş hakimi Kristian Dingert (Tallih­tenberg) olub.

33-cü dəqiqədə Ernest Poku hesabı açaraq ev sahiblərini önə çıxarıb, 49-cu dəqiqədə Kristian Kofane fərqi ikiqat artırıb.

Bu nəticədən sonra “Bayer” 11 xalla turnir cədvəlinin dördüncü pilləsində qərarlaşıb, “Union Berlin” isə 7 xalla 12-ci sıradadır.

Növbəti turda “Bayer” oktyabrın 18-də səfərdə “Maynts”la, “Union Berlin” isə oktyabrın 17-də evdə “Borussiya Mönhenqladbax”la qarşılaşacaq.







Almaniya B.L.

Bundesliqa klubu baş məşqçisiz qaldı
  • Almaniya B.L.
  • 21:49 03.12.2025
Bundesliqa klubu baş məşqçisiz qaldı
“Bavariya”dan əzmkar qələbə
  • Almaniya B.L.
  • 21:01 29.11.2025
“Bavariya”dan əzmkar qələbə