- Almaniya B.L.
- 14:40 04.12.2025
“Bavariya”nın və Almaniya milli komandasının keçmiş müdafiəçisi Cerome Boatenq məşqçilik sahəsinə yönəlmək niyyətindədir.
90deqiqe.Az xəbər verir ki, sabiq futbolçu Münhen klubunda təcrübə keçəcək.
"Tezliklə “Bavariya”ya qayıtmalıyam. Kompani rəhbərliyi altında orada təcrübə keçəcəm. Bu barədə artıq onunla danışmışıq. Prosesin başlamasını səbirsizliklə gözləyirəm. Yalnız münasib vaxtı müəyyənləşdirməliyik”, – deyə, sabiq almaniyall futbolçu deyib.
Qeyd edək ki, Cerome Boatenq “Bavariya”da 2011-ci ildən 2021-ci ilə qədər oynayıb. Almaniya millisində isə 76 oyunda iştirak edib və 1 qol vurub.