- Almaniya B.L.
- 14:40 04.12.2025
“Bavariya”nın hücumçusu Harri Keyn keçmiş klubu “Totenhem”ə qayıtmaq ehtimalı ilə bağlı fikirlərini bölüşüb.
90deqiqe.Az xəbər verir ki, "Daily Mail" ingilis futbolçunun dediklərini belə çatdırıb.
“Geri dönəcəyimə əmin deyiləm. Münhendə özümü çox rahat hiss edirəm. Hazırda ‘Totenhem’e qayıtmaq barədə düşünmürəm. Bizim münasibətimiz əbədidir – həyatımın böyük hissəsini orada keçirmişəm. Mən ‘Totenhem’in azarkeşiyəm və hər zaman onları izləyəcəyəm. Bu klub həmişə həyatımın bir parçası olacaq, amma mən ‘Bavariya’da xoşbəxtəm. Bu il ‘Totenhem’in kubok qazanmasını görmək çox xoş idi. Orada hələ də çox dostum var – həm futbolçular, həm də klub əməkdaşları arasında”, – deyə Keyn bildirib.
Xatırladaq ki, bu ilin yazında “Totenhem” UEFA Avropa Liqasının qalibi olub.