21 iyun 2026. Bazar günü

“Bu qarşılaşma adi oyun deyil, klassikadır”


“Bu qarşılaşma adi oyun deyil, klassikadır”

 “Bavariya” klubunun baş məşqçisi Vensan Kompani komandasının 18 oktyabrda “Arena Münhen” stadionunda keçiriləcək “Borussiya Dortmund” ilə oyunu barədə fikirlərini bölüşüb.

90deqiqe.Az-ın məlumatına görə, təcrübəli çalışdırcı bu barədə klubun rəsmi saytına açıqlamasında bildirib.

“Belə qarşılaşmalarda təkcə forma deyil, daha çox hisslər ön plana çıxır. Bu, öz hekayəsi və mənası olan bir oyundur. Şəhərlər arasında məsafə böyük olsa da, bu matç derbi kimi hiss olunur. Bu, klassikadır. Burada emosiyalar digər oyunlara nisbətən daha çox rol oynayır və bu, oyunu xüsusi edir. Keçən mövsüm ‘Borussiya’ya qarşı hər iki görüş yaxşı keçmişdi. Yaxşı oynasaq da, hər dəfə heç-heçə etmişdik. Stadionda addım atdığın andan hiss edirsən ki, bu, fərqli oyundur. Nəticədə hər matçda üç xal vacibdir, amma bu cür qarşılaşmada onlar ikiqat dəyər daşıyır”

Qeyd edək ki, Bundesliqada altı turun ardından “Bavariya” 18 xalla turnir cədvəlinin lideridir. “Borussiya” isə liderdən dörd xal geri qalaraq ikinci pillədə qərarlaşıb.







Almaniya B.L.

“Messi mənim üçün nümunədir”
  • Almaniya B.L.
  • 23:05 03.06.2026
“Messi mənim üçün nümunədir”
Bundesliqa klubunda yeni baş məşqçi
  • Almaniya B.L.
  • 23:45 31.05.2026
Bundesliqa klubunda yeni baş məşqçi
Eberl "Bavariya"nı tərk edə bilər
  • Almaniya B.L.
  • 23:42 26.05.2026
Eberl "Bavariya"nı tərk edə bilər