21 iyun 2026. Bazar günü

“Bavariya” “Borussiya” üzərində çətin qələbə qazandı


 “Bavariya” “Borussiya” üzərində çətin qələbə qazandı

2025/2026 mövsümünün Almaniya Bundesliqasının VII turunda “Bavariya” evdə Dortmund “Borussiya”sını qəbul edib.

90deqiqe.Az-ın məlumatına görə, Münhen stadionu “Arena Münih”də keçirilən qarşılaşmada meydan sahibləri 2:1 hesablı qələbə qazanıb. 

Matçın 22-ci dəqiqəsində Harri Keyn “Bavariya”nı önə çıxarıb. 79-cu dəqiqədə Maykl Olise hesabı artıraraq meydan sahiblərinə üstünlük verib. Dortmund “Borussiya”sı isə 84-cü dəqiqədə Yulian Brandtın qoluyla fərqi birə endirib.

Bu qələbədən sonra “Bavariya” 21 xalla Bundesliqada liderliyini qoruyub, Dortmund isə 14 xalla 4-cü pillədə qərarlaşıb.

Növbəti turda Münhen klubu oktyabrın 25-də səfərdə Mönxengladbax “Borussiya”sının qonağı olacaq, eyni gündə “Şmellər” isə “Köln”u qəbul edəcək.







Almaniya B.L.

“Messi mənim üçün nümunədir”
  • Almaniya B.L.
  • 23:05 03.06.2026
“Messi mənim üçün nümunədir”
Bundesliqa klubunda yeni baş məşqçi
  • Almaniya B.L.
  • 23:45 31.05.2026
Bundesliqa klubunda yeni baş məşqçi
Eberl "Bavariya"nı tərk edə bilər
  • Almaniya B.L.
  • 23:42 26.05.2026
Eberl "Bavariya"nı tərk edə bilər