10 oktyabr 2026. Şənbə

“Bavariya” “Borussiya”nın məğlubiyyətsiz seriyasına son qoydu


“Bavariya” “Borussiya”nın məğlubiyyətsiz seriyasına son qoydu

Bundesliqanın 7-ci turunda keçirilən oyunda “Borussiya Dortmund” səfərdə “Bavariya”ya 1:2 hesabı ilə uduzub. .

90deqiqe.Az-ın məlumatına görə, bu nəticə ilə dortmundluların doqquz oyun davam edən məğlubiyyətsiz seriyası başa çatıb. “Borussiya”nın son məğlubiyyəti hələ 2025-ci ilin iyulunda keçirilmiş FIFA Klublararası Dünya Çempionatının 1/4 final mərhələsində “Real Madrid”ə (2:3) qarşı olmuşdu.

Hazırda “Bavariya” Bundesliqada maksimum nəticə ilə – 21 xal toplayaraq turnir cədvəlinin zirvəsində qərarlaşıb. “Borussiya” isə 14 xalla dördüncü pillədə yer alır.

Dortmund təmsilçisi növbəti turda “Köln” klubunu öz meydanında qəbul edəcək.







Almaniya B.L.

“Dzeko bu sistem üçün uyğun deyil”
  • Almaniya B.L.
  • 01:58 07.10.2026
“Dzeko bu sistem üçün uyğun deyil”