21 iyun 2026. Bazar günü

“Bavariya” ardıcıl 11-ci qələbəsini qazanıb


“Bavariya” ardıcıl 11-ci qələbəsini qazanıb

Bundesliqanın 7-ci turunda “Bavariya” “Allianz Arena” stadionunda “Borussiya Dortmund” üzərində qələbə qazanaraq ardıcıl uğurlarını davam etdirib. 

90deqiqe.Az-ın məlumatına görə, bu nəticə ilə Vensan Kompaninin rəhbərlik etdiyi komandanın qələbə seriyası 11 oyuna yüksəlib. Münhen təmsilçisi 2025/2026 mövsümündə indiyədək heç bir turnirdə xal itirməyib.

Komandanın son məğlubiyyəti 2025-ci ilin iyulunda baş verib — “Bavariya” həmin vaxt FIFA Klublararası Dünya Çempionatının 1/4 finalında PSJ-yə (0:2) uduzmuşdu.

Hazırda “Bavariya” Bundesliqada 7 oyuna maksimum – 21 xal toplayaraq turnir cədvəlinin zirvəsində qərarlaşıb. “Borussiya” isə 14 xalla 4-cü pillədə yer alır.







Almaniya B.L.

“Messi mənim üçün nümunədir”
  • Almaniya B.L.
  • 23:05 03.06.2026
“Messi mənim üçün nümunədir”
Bundesliqa klubunda yeni baş məşqçi
  • Almaniya B.L.
  • 23:45 31.05.2026
Bundesliqa klubunda yeni baş məşqçi
Eberl "Bavariya"nı tərk edə bilər
  • Almaniya B.L.
  • 23:42 26.05.2026
Eberl "Bavariya"nı tərk edə bilər