19 sentyabr 2026. Şənbə

“Maykl Olise satış mövzusunda spekulyasiyalardan uzaqdır”


“Maykl Olise satış mövzusunda spekulyasiyalardan uzaqdır”

"Bavariya" klubunun yarımmüdafiəçisi Maykl Olise tez-tez transfer xəbərlərində adı hallansa da, klubun idman direktoru Maks Eberl mövzuya aydınlıq gətirib.

90deqiqe.Az xəbər verir ki, Eberl bildirib ki, 23 yaşlı futbolçunun Münhen ilə müqaviləsində çıxış opsiyası yoxdur:

“Məncə, bu müzakirələrdə unudurlar ki, Olisenin 2029-cu ilə qədər "Bavariya "ilə müqaviləsi var və orada çıxış opsiyası nəzərdə tutulmayıb. O artıq dünyanın ən yaxşı futbolçularından birinə çevrilmək yolundadır.”

2025/2026 mövsümündə Olise bütün turnirlər üzrə 11 oyuna çıxaraq 6 qol vurub və 6 məhsuldar ötürmə edib.







Almaniya B.L.