14 dekabr 2025. Bazar günü

"Bavariya" səfərdə inamlı qələbə qazandı


"Bavariya" səfərdə inamlı qələbə qazandı

Almaniya Bundesliqasının VIII turunda Münhenin “Bavariya” komandası Mönhenqladbaxın “Borussiya”sını səfərdə məğlub edib.

90deqiqe.Az-ın məlumatına görə,“Borussiya-Park” stadionunda keçirilən görüş qonaqların 3:0 hesablı qələbəsi ilə başa çatıb. Matçın baş hakimi Saşa Ştegeman (Niderkassel) olub.

19-cu dəqiqədə meydan sahibləri azlıqda qalıb – Yens Kastrop qırmızı vərəqə ilə cəzalanıb. Münhen təmsilçisinin qollarını 64-cü dəqiqədə Yozua Kimmix, 69-cu dəqiqədə Rafael Gereyro və 81-ci dəqiqədə Lenart Karl vurublar.

Bu qələbədən sonra 24 xal toplayan “Bavariya” turnir cədvəlinin zirvəsində qərarlaşıb. Cəmi 3 xalı olan Mönhenqladbax “Borussiya”sı isə sonuncu – 18-ci pillədə yer alır.

Növbəti turda “Borussiya” noyabrın 1-də səfərdə “Sankt-Pauli” ilə qarşılaşacaq, “Bavariya” isə həmin gün doğma meydanda “Bayer”i qəbul edəcək.







Almaniya B.L.

“Borussiya”dan inamlı qələbə
  • Almaniya B.L.
  • 23:05 07.12.2025
“Borussiya”dan inamlı qələbə
Bundesliqa klubunda yeni baş məşqçi
  • Almaniya B.L.
  • 22:27 07.12.2025
Bundesliqa klubunda yeni baş məşqçi