21 iyun 2026. Bazar günü

Boatenq “Bavariya”da təcrübə keçməyəcək


Boatenq “Bavariya”da təcrübə keçməyəcək

Almaniya millisinin və “Bavariya”nın sabiq müdafiəçisi Jerom Boatenq Münhen klubunda təcrübə proqramından keçməyəcək. 

90deqiqe.Az xəbər verir ki, bu barədə klubun rəsmi mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, tərəflər aparılan görüşdə razılığa gəliblər və Boatengin “Bavariya”da təcrübə keçməyəcəyi qərara alınıb:

“Boatenq istəmir ki, onun ətrafında yaranan konflikt səbəbindən komanda əziyyət çəksin,” – deyə Almaniya çempionunun məlumatında qeyd olunub.

Qeyd edək ki, Boatenq 2011–2021-ci illərdə Münhen klubunda çıxış edib. Almaniya millisində 76 oyuna çıxan müdafiəçi 1 qol vurub və 2014-cü ildə Bundan sonra dünya çempionu olub.







Almaniya B.L.

“Messi mənim üçün nümunədir”
  • Almaniya B.L.
  • 23:05 03.06.2026
“Messi mənim üçün nümunədir”
Bundesliqa klubunda yeni baş məşqçi
  • Almaniya B.L.
  • 23:45 31.05.2026
Bundesliqa klubunda yeni baş məşqçi
Eberl "Bavariya"nı tərk edə bilər
  • Almaniya B.L.
  • 23:42 26.05.2026
Eberl "Bavariya"nı tərk edə bilər