28 yanvar 2026. Çərşənbə

Lennart Karl ardıcıl ikinci oyunda fərqlənib


Lennart Karl ardıcıl ikinci oyunda fərqlənib

“Bavariya”nın hücum yarımmüdafiəçisi Lennart Karl iki oyun ardıcıl fərqlənməyi bacarıb.

90deqiqe.Az-ın məlumatına görə, 17 yaşlı vunderkind şənbə günü “Borussiya Mönxenqladbax” ilə oyunda meydana çıxandan cəmi beş dəqiqə sonra qol vurub, çərşənbə günü isə Çempionlar Liqasındakı “Brügge” matçında fərqlənib.

Klubun mətbuat xidmətinə danışan baş məşqçi Kompani bildirib:

“Karl əla formadadır, iki oyun ardıcıl qol vurdu. ‘Bavariya’ kimi klubda belə səs-küy normaldır, əsas odur ki, sakit qalasan və işləməyə davam edəsən. Tənqidlər olsa da, eyni şəkildə davam etmək lazımdır. Belə etsə, Lennart üçün hər şey yaxşı olacaq.”

Qeyd edək ki, 29 oktyabr tarixində Münhen klubu Almaniya Kubokunda “Köln” ilə qarşılaşacaq.







Almaniya B.L.

“Bavariya” Upamekanoya ultimatum verdi
  • Almaniya B.L.
  • 17:19 27.01.2026
“Bavariya” Upamekanoya ultimatum verdi
“Borussiya"dan səfərdə qələbə
  • Almaniya B.L.
  • 23:36 24.01.2026
“Borussiya"dan səfərdə qələbə
“Bayer” 3 xalı tək qolla qazandı
  • Almaniya B.L.
  • 21:01 24.01.2026
“Bayer” 3 xalı tək qolla qazandı
“Leypsiq”dən inamlı qələbə
  • Almaniya B.L.
  • 20:55 24.01.2026
“Leypsiq”dən inamlı qələbə
“Bavariya” evdə "Auqsburq”a uduzdu
  • Almaniya B.L.
  • 20:44 24.01.2026
“Bavariya” evdə "Auqsburq”a uduzdu