21 iyun 2026. Bazar günü

“Bavariya” “Bayer”ə şans vermədi


“Bavariya” “Bayer”ə şans vermədi

Almaniya Bundesliqasının IX turunda “Bavariya” doğma meydanda “Bayer”i darmadağın edib.

90deqiqe.Az-ın məlumatına görə, “Arena Münhen” stadionunda keçirilən görüşdə münhenlilər 3:0 hesabı ilə qalib gəlib.

Matçın 25-ci dəqiqəsində Serj Qnabri hesabı açıb, altı dəqiqə sonra Nikolas Cekson fərqi iki topa çatdırıb. İlk hissənin sonlarında isə Luak Bade topu öz qapısına göndərib.

Bu qələbədən sonra “Bavariya” 27 xalla turnir cədvəlinin zirvəsində qərarlaşıb. 17 xal toplayan “Bayer” isə beşinci pillədə yer alıb.

Növbəti turda münhenlilər noyabrın 8-də səfərdə “Union”la, “aspirinlilər” isə həmin gün evdə "Haydenhaym”la qarşılaşacaqlar.







Almaniya B.L.

“Messi mənim üçün nümunədir”
  • Almaniya B.L.
  • 23:05 03.06.2026
“Messi mənim üçün nümunədir”
Bundesliqa klubunda yeni baş məşqçi
  • Almaniya B.L.
  • 23:45 31.05.2026
Bundesliqa klubunda yeni baş məşqçi
Eberl "Bavariya"nı tərk edə bilər
  • Almaniya B.L.
  • 23:42 26.05.2026
Eberl "Bavariya"nı tərk edə bilər