21 iyun 2026. Bazar günü

“Bavariya” hazırda Avropanın ən güclü komandasıdır”


“Bavariya” hazırda Avropanın ən güclü komandasıdır”

Almaniyanın “Bayer” klubunun baş məşqçisi Kaspar Yulmann Bundesliqanın 9-cu turunda “Bavariya”ya qarşı keçirilən matçdakı 0:3 hesablı məğlubiyyəti şərh edib.

90deqiqe.Az xəbər verir ki, "Bundesliga News" təcrübəli mütəxəssisin dediklərini belə çatdırıb.

“Etiraf etməliyik ki, ‘Bavariya’ hazırda Avropanın ən güclü komandasıdır. Onlar səhvlərimizi dərhal cəzalandırdılar. Öz oyunumuzdan razı deyilik, hələ üzərində işləməli çox şeyimiz var. Amma ümumilikdə ‘Bavariya’ bu gün sadəcə olaraq çox güclü idi. Bunu qəbul etməliyik”

Bu nəticədən sonra “Bavariya” 27 xalla turnir cədvəlində birinci yerdə qərarlaşıb. “Bayer” isə 17 xalla beşinci pillədədir.
Qeyd edək ki, daha əvvəl “Bavariya”nın baş məşqçisi Vensan Kompani də oyunla bağlı fikirlərini bölüşmüşdü.







Almaniya B.L.

“Messi mənim üçün nümunədir”
  • Almaniya B.L.
  • 23:05 03.06.2026
“Messi mənim üçün nümunədir”
Bundesliqa klubunda yeni baş məşqçi
  • Almaniya B.L.
  • 23:45 31.05.2026
Bundesliqa klubunda yeni baş məşqçi
Eberl "Bavariya"nı tərk edə bilər
  • Almaniya B.L.
  • 23:42 26.05.2026
Eberl "Bavariya"nı tərk edə bilər