- Almaniya B.L.
- 14:40 04.12.2025
“Bavariya”nın idman direktoru Kristof Froynd komandanın hücumameyilli yarımmüdafiəçisi Camal Musialanın vəziyyəti və perspektivləri barədə açıqlama verib.
90deqiqe.Az “Sky Sport”a istinadən xəbər verir ki, Froynd bildirib ki, komanda mövsümün indiki mərhələsində Musialasız da çox yaxşı oyun sərgiləyir, lakin gənc alman ulduz üçün əsas heyətdə yer olacaq.
“Camal yaxşıdır və doğru yolda olduğunu görmək məni sevindirir. O, yaxın həftələrdə topla məşqlərə başlayacaq. Bütün komanda onun tezliklə qayıtmasına sevinir. Musiala istisna oyunçudur, oyunun gedişatını dəyişmək bacarığı var, onunla daha da güclü olacağıq. Yayda hər kəs “Bavariya”nın Musialasız necə oynayacağını müzakirə edirdi, indi isə o, komandamızı gücləndirməyəcək? Əlbəttə, əsas heyətdə yeri olacaq, çünki o, bizim üçün çox vacibdir”
22 yaşlı futbolçunun ciddi zədədən sonra tezliklə məşqlərə başlaması gözlənilir.
Qeyd edək ki, Vensan Kompaninin rəhbərlik etdiyi kollektiv cari mövsümdə 16 matçdan 16-sında qələbə qazanıb.