19 sentyabr 2026. Şənbə

"Bavariya"nın qalibiyyət seriyasına son qoyuldu!


"Bavariya"nın qalibiyyət seriyasına son qoyuldu!

Almaniyanın "Bavariya" klubu cari mövsümdə ilk dəfə qələbə qazana bilməyib.

90deqiqe.Az xəbər verir ki, Münhen təmsilçisi Bundesliqanın X turunda səfərdə "Union"la 2:2 hesablı heç-heçə edib.

Vensan Kompaninin komandası Berlində yerləşən "An der Alten Försterei" stadionunda keçirilən qarşılaşmada məğlubiyyətdən son anda xilas olub. "Bavariya"nın hücumçusu Harri Keyn 90+3-cü dəqiqədə fərqlənərək komandasına bir xal qazandırıb.

Bu matçadək münhenlilər bütün turnirlərdə keçirdikləri 16 oyunun hamısında qalib gəlmişdilər. Onların 9-u Almaniya çempionatında, 4-ü Çempionlar Liqasında, 2-si Almaniya Kubokunda, biri isə Superkubokda baş tutmuşdu.

Qeyd edək ki, bu nəticədən sonra "Bavariya" 28 xalla Bundesliqanın liderliyini qoruyub. "Union" isə 12 xalla turnir cədvəlinin 10-cu pilləsində qərarlaşıb.







Almaniya B.L.