12 mart 2026. Cümə axşamı

Almaniyada qovulan futbolçu keçmiş klubundan 1,5 milyon avro alacaq


Almaniyada qovulan futbolçu keçmiş klubundan 1,5 milyon avro alacaq

Almaniyanın “Maynts” klubundan 2023-cü ildə Fələstin tərəfdarı paylaşmaları səbəbindən qovulan Ənvər Əl-Qazi keçmiş komandası ilə məhkəmədə qalib gəlib.

90deqiqe.Az xəbər verir ki, Bundesliqa klubu futbolçuya 2023/2024 mövsümü üçün ödəmədiyi maaşı, təxminən 1,5 milyon avro, tam şəkildə ödəyəcək.

Oktyabr 2023-də sosial şəbəkələrdə “Çaydan okeana qədər, Fələstin azad olacaq” sözlərini paylaşan futbolçu açıqlayıb ki, həmin məbləğin təxminən yarısını – 500 min avro – Fələstinə yardım məqsədilə göndərəcək. Əl-Qazi sosial mediada yazıb:

“Ümid edirəm, ‘Maynts’ rəhbərliyi öz yaratdığı vəziyyətlə barışacaq və bu pul uşaqların xilasına kömək edəcək.”

Hazırda 28 yaşlı futbolçu Uelsin “Kardiff Siti” klubunda çıxış edir və karyerasını orada davam etdirir.







Almaniya B.L.

"O, mənə De Bruyneni xatırladır"
  • Almaniya B.L.
  • 16:46 11.03.2026
"O, mənə De Bruyneni xatırladır"
"Kompani bizi daha güclü edir"
  • Almaniya B.L.
  • 23:14 09.03.2026
"Kompani bizi daha güclü edir"
“Bayer” səfərdə xal itirdi
  • Almaniya B.L.
  • 23:43 07.03.2026
“Bayer” səfərdə xal itirdi
“Borussiya”dan çətin qələbə
  • Almaniya B.L.
  • 23:40 07.03.2026
“Borussiya”dan çətin qələbə
“Leypsiq”dən inamlı qələbə
  • Almaniya B.L.
  • 23:38 07.03.2026
“Leypsiq”dən inamlı qələbə
“Harri Keyn sabah oynamayacaq”
  • Almaniya B.L.
  • 15:18 05.03.2026
“Harri Keyn sabah oynamayacaq”