28 iyun 2026. Bazar günü

Luis Dias “Bavariya”da Kloze və Keyn ilə eyni sıraya yüksəldi


Luis Dias “Bavariya”da Kloze və Keyn ilə eyni sıraya yüksəldi

“Bavariya”nın hücumçusu Luis Dias Almaniya çempionatına möhtəşəm start verib.

90deqiqe.Az-ın "Squawka"ya istinadən məlumatına görə, statistika toplanmağa başladığı dövrdən bəri “Bavariya”nın Bundesliqadakı ilk 10 oyununda Diasdan daha çox məhsuldar göstərici müəllifi olan yalnız iki futbolçu olub — Harri Keyn (20)Miroslav Kloze (13). Luis Dias isə bu siyahıda 10 məhsuldar hərəkətlə üçüncü pillədə qərarlaşıb.

Kolumbiyalı futbolçu bu yay “Liverpul”dan Münhen klubuna keçdikdən dərhal sonra özünü parlaq şəkildə göstərib.

28 yaşlı vinger Bundesliqanın cari mövsümündə 6 qol vurub, 4 məhsuldar ötürmə verib və baş məşqçi Vensan Kompaninin komandasının aparıcı fiqurlarından birinə çevrilib.

Kolumbiyalı ulduzun transferi “Bavariya”ya 70 milyon avroya başa gəlib.







Almaniya B.L.

“Messi mənim üçün nümunədir”
  • Almaniya B.L.
  • 23:05 03.06.2026
“Messi mənim üçün nümunədir”
Bundesliqa klubunda yeni baş məşqçi
  • Almaniya B.L.
  • 23:45 31.05.2026
Bundesliqa klubunda yeni baş məşqçi
Eberl "Bavariya"nı tərk edə bilər
  • Almaniya B.L.
  • 23:42 26.05.2026
Eberl "Bavariya"nı tərk edə bilər