15 mart 2026. Bazar günü

“Bavariya” “Frayburq”u darmadağın etdi


“Bavariya” “Frayburq”u darmadağın etdi

Bundesliqa XI turunun mərkəzi oyunlarından biri Münhendə baş tutub.

90deqiqe.Az-ın məlumatına görə, “Bavariya” “Arena Münhen”də “Frayburq”u 6:2 hesabı ilə məğlub edib.

Görüşdə hesabı qonaqlar açıb. Sudzuki 12-ci dəqiqədə, Manzambi isə 17-ci dəqiqədə ardıcıl qollarla “Frayburq”u 2:0 öndə saxlayıb. Münhenlilər 22-ci dəqiqədə Karlın qolu ilə oyuna qayıdıblar. 45+2-də Olisə vəziyyəti bərabərləşdirib.

İkinci hissədə meydan sahibləri tam üstünlük nümayiş etdiriblər. 55-ci dəqiqədə Upamekano, 60-cı dəqiqədə Keyn fərqlənib. 78-ci dəqiqədə Cekson, 85-ci dəqiqədə isə Olisə növbəti qolunu vurub.

Qələbədən sonra “Bavariya” 31 xalla Bundesliqanın lideridir. “Frayburq” 13 xalla 10-cu pillədə qərarlaşıb.

Növbəti turda “Bavariya” 29 noyabrda “Sankt-Pauli”ni qəbul edəcək. “Frayburq” isə 30 noyabrda “Maynts”la üz-üzə gələcək.







Almaniya B.L.

 "Borussiya Dortmund"dan inamlı qələbə
  • Almaniya B.L.
  • 21:26 14.03.2026
"Borussiya Dortmund"dan inamlı qələbə
"O, mənə De Bruyneni xatırladır"
  • Almaniya B.L.
  • 16:46 11.03.2026
"O, mənə De Bruyneni xatırladır"
"Kompani bizi daha güclü edir"
  • Almaniya B.L.
  • 23:14 09.03.2026
"Kompani bizi daha güclü edir"
“Bayer” səfərdə xal itirdi
  • Almaniya B.L.
  • 23:43 07.03.2026
“Bayer” səfərdə xal itirdi