28 iyun 2026. Bazar günü

“Leypsiq” “Verder”i məğlub etdi


“Leypsiq” “Verder”i məğlub etdi

Bundesliqanın XI turu çərçivəsində keçirilən “Leypsiq” – “Verder” qarşılaşması başa çatıb.

90deqiqe.Az-ın məlumatına görə, “Red Bull Arena”da baş tutan görüş meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Oyunun hesabı 63-cü dəqiqədə Assan Uedraoqonun qolu ilə açılıb. 80-ci dəqiqədə isə Ksaver Şlager fərqi artıraraq matçın yekun nəticəsini müəyyənləşdirib.

Qələbə sayəsində “Leypsiq” xalını 25-ə çatdıraraq Bundesliqanın ikinci pilləsində qərarlaşıb. “Verder” isə 15 xalla turnir cədvəlinin 8-ci yerində yer alıb.

Növbəti turda “Leypsiq” 28 noyabrda səfərdə Mönhenqladbax “Borussiya”sı ilə qarşılaşacaq. “Verder” isə 29 noyabrda “Köln”ü qəbul edəcək.







Almaniya B.L.

“Messi mənim üçün nümunədir”
  • Almaniya B.L.
  • 23:05 03.06.2026
“Messi mənim üçün nümunədir”
Bundesliqa klubunda yeni baş məşqçi
  • Almaniya B.L.
  • 23:45 31.05.2026
Bundesliqa klubunda yeni baş məşqçi
Eberl "Bavariya"nı tərk edə bilər
  • Almaniya B.L.
  • 23:42 26.05.2026
Eberl "Bavariya"nı tərk edə bilər