14 may 2026. Cümə axşamı

“Heç kimlə danışmamışam, Münhendə xoşbəxtəm”


“Heç kimlə danışmamışam, Münhendə xoşbəxtəm”

“Bavariya”nın hücumçusu Harri Keyn “Barselona” ilə bağlı transfer iddialarına cavab verib.

90deqiqe.Az xəbər verir ki, İngiltərə millisinin kapitanı bildirib ki, onunla heç bir klub əlaqə yaratmayıb:

“Heç kim mənə zəng etməyib, heç bir təmas olmayıb. Hazırkı vəziyyətdə özümü çox rahat hiss edirəm. “Bavariya” ilə vəziyyətimi müzakirə etməmişik, amma buna tələsmirəm. Münhendə xoşbəxtəm və bu, meydandakı çıxışımdan görünür. Əlaqə olsa, sonra qiymətləndirərik. Hazırda yeni mövsümü düşünmürəm. Qarşıda dünya çempionatı var və bu mövsümdən sonra böyük dəyişiklik gözləmirəm.”

Keyn cari mövsümdə bütün yarışlarda 18 görüşdə 24 dəfə fərqlənib və 3 assistlə yadda qalıb.







Almaniya B.L.

 “Hoffenhaym”a bir qol bəs etdi
  • Almaniya B.L.
  • 21:58 09.05.2026
“Hoffenhaym”a bir qol bəs etdi
“Leyptsiq”dən çətin qələbə
  • Almaniya B.L.
  • 21:50 09.05.2026
“Leyptsiq”dən çətin qələbə