- Almaniya B.L.
- 14:40 04.12.2025
“Bavariya”nın baş məşqçisi Vensan Kompani Bundesliqanın XII turu çərçivəsində “St Pauli” ilə keçiriləcək oyun öncəsi mətbuat konfransında danışıb.
90deqiqe.Az-ın məlumatına görə, təcrübəli çalışdırıcı hazırlıq prosesi barədə deyib:
“Biz hazırlıq baxımından "Arsenal" və “St Pauli” arasında fərq qoymuruq. Bəli, bu dəfə öz meydanımızda oynayacağıq, amma rəqibin oyununa baxdıqda onların işini yaxşı gördüyünü görmək olur. Onlarla son görüşlərimiz çətin keçib, ciddi mübarizə gedib. Bunu unutmuruq. Bilirik ki, oyun asan olmayacaq, baxmayaraq ki, onlar səkkiz matçda uduzub”.
Baş məşqçi heyətin rotasiyası ilə bağlı məlumat verməkdən çəkinib:
“Bu, son məşqdən asılı olacaq. Yeni zədə yoxdur, sadəcə xırda detallara baxacağıq”.
Xatırladaq ki, qarşılaşma noyabrın 29-da, Bakı vaxtı ilə 18:30-da start götürəcək.
Münhen təmsilçisi noyabrın 26-da səfərdə Çempionlar Liqasının oyununda London “Arsenal”ına 1:3 hesabı ilə uduzub.
Hazırda “Bavariya” 31 xalla Bundesliqanın lideridir.“St Pauli” 7 xalla 16-cı pillədə qərarlaşıb.